AZ

İsrail bu səhər Qəzzada 60 nəfəri öldürdü

Azxeber.com saytından alınan məlumata görə, ain.az bildirir.

İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağına endirdiyi intensiv hava və artilleriya hücumları nəticəsində ən azı 60 fələstinli həyatını itirib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Fələstin səhiyyə orqanları məlumat yayıb.

Məlumata görə, ölənlərdən 29-u insani yardım almaq üçün növbə gözləyən mülki şəxslər olub.

Hücumlar əsasən Qəzzanın mərkəzi və cənub bölgələrində yerləşən yaşayış məntəqələrinə yönəlib. Xüsusilə Deir el-Balah və Rafah şəhərləri ağır zərbələrə məruz qalıb. Hədəf alınan ərazilərdə məktəblər, yaşayış binaları və yardım paylama mərkəzləri də var.

Çox sayda yaralı xəstəxanalara yerləşdirilib, lakin səhiyyə infrastrukturu böyük çətinliklərlə üzləşdiyindən yaralılara tibbi yardım göstərməkdə ciddi problemlər yaşanır.

Oksana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
9
azxeber.com

10Mənbələr