AZ

BMT İsraili Tehrandakı media hücumuna görə xəbərdar edib

BAKI, TurkicWorld

BMT İsraili Tehrandakı media binasına hücuma görə beynəlxalq hüquqla bağlı xəbərdar edib.

TurkicWorld xəbər verir ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Thameen Al-Kheetan İsrailin Tehrandakı dövlət televiziyasına (IRIB) hücumu ilə bağlı ciddi xəbərdarlıq edib.

O bildirib ki, beynəlxalq humanitar hüquqa əsasən, hücumlar yalnız hərbi hədəflərə yönəldilə bilər.

Al-Kheetan qeyd edib ki, jurnalistlər və media işçiləri beynəlxalq hüquqa görə mülki şəxslər sayılır və onların təhlükəsizliyi qorunmalıdır.

“Bütün bu cür pozuntular, xüsusilə jurnalistlərə və digər mülki şəxslərə yönəlmiş hücumlar dərhal və müstəqil şəkildə araşdırılmalıdır.” - deyə o bildirib.

O əlavə edib ki, media nümayəndələri münaqişə bölgələrində sərbəst və təhlükəsiz şəkildə fəaliyyət göstərmək hüququna malikdirlər və bu hüquq pozulmamalıdır.

Xatırladaq ki, İsrail ordusu İranın paytaxtı Tehranın 3-cü bölgəsində yerləşən IRIB şəhərciyinə raket hücumu edib. Hücum nəticəsində “Şüşə bina” kimi tanınan televiziya binası ciddi ziyan görüb və hadisə nəticəsində bir neçə mülki şəxs həyatını itirib.

Qeyd edək ki, İsrail bu hücumdan əvvəl İranın dövlət televiziyasını hədəfə alacağını elan etmişdi.

Seçilən
84
18
turkic.world

10Mənbələr