AZ

Avropa İttifaqı Çinə sərt xəbərdarlıq edib

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa İttifaqı (Aİ) Çinə Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləməsinin nəticələri ilə bağlı xəbərdarlıq edib. Xəbərdarlığı Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas Brüsseldə Çinin Xarici işlər naziri Vanq İ ilə söhbətində səsləndirib.Reyting.az-ın “Reuters” agentliyinə istinadla verdiyi məlumata görə, Kallas deyib ki, Çin şirkətlərinin Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləməsi Avropa təhlükəsizliyinə ciddi təhlükə yaradır.O, həmçinin Çini "Rusiyanın hərbi-sənaye kompleksinə bütün maddi dəstəyi dərhal dayandırmağa", "tam və qeyd-şərtsiz atəşkəs"i və "Ukraynada ədalətli və davamlı sülhü" dəstəkləməyə çağırıb.Qeyd edək ki, Çin Ukraynadakı müharibədə Rusiyaya hərbi dəstək vermədiyini bildirir. Bununla belə, Avropa rəsmiləri iddia edirlər ki, Çin şirkətləri Ukraynada Rusiya pilotsuz təyyarələri və digər silahlar üçün bir çox mühüm komponentlər tədarük edirlər.E. KAMAL Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
43
reyting.az

10Mənbələr