AZ

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu

Ukrayna Prokurorlar Şurasının təqdimatı ilə ölkənin Baş prokuroru əslən azərbaycanlı Amil Ömərovu Xarkov Vilayət Prokurorluğunun rəhbəri vəzifəsinə təyin edib.

NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edək ki, Amil Ömərov 2021-ci ildən Xarkov şəhərinin Şevçenko rayon prokuroru kimi fəaliyyət göstərib.

Amil Ömərov Azərbaycanın diaspor fəalı, dövlət idarəetməsi üzrə elmlər doktoru professor Azad Ömərovun oğludur.

Seçilən
19
11
nocomment.az

10Mənbələr