AZ

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu

Ukrayna Prokurorlar Şurasının təqdimatı ilə ölkənin Baş prokuroru əslən azərbaycanlı Amil Ömərovu Xarkov Vilayət Prokurorluğunun rəhbəri vəzifəsinə təyin edib.
Bu barədə BUTA.TV-a Ukraynanın Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Amil Ömərovun prokurorluq orqanlarında kifayət qədər təcrübəsi var. O, son 9 ildə prokurorluq orqanlarında rəhbər vəzifələrdə, xüsusən 2021-ci ildən - Xarkov şəhərinin Şevçenko rayon prokuroru kimi fəaliyyət göstərib. Namizədlik müstəsna olaraq peşəkar keyfiyyətlər, təcrübə və qanunvericilik meyarlarına uyğunluq nəzərə alınmaqla - Ukrayna Prokurorlar Şurasının müvafiq tövsiyəsindən sonra təyin edilib. İcra müddəti 5 ildir.

Qeyd edək ki, Amil Ömərov Azərbaycanın diaspor fəalı, dövlət idarəetməsi üzrə elmlər doktoru professor Azad Ömərovun oğludur.

Seçilən
24
11
buta.tv

10Mənbələr