AZ

Ağdaşda maşın aşdı, xəsarət alan var

BAKI, 2 iyul. TELEQRAF

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Şirvan kanalının rayon hissəsindən keçən hissəsinin yaxınlığında qeydə alınıb.

İdarəetmədən çıxan maşının aşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 1997-ci il təvəllüdlü Əhmədov İbrahim Ağaxəlil oğlu xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
22
3
teleqraf.com

10Mənbələr