SHOT: Kulebaki rayonunda qəzaya uğrayan Su-27 qırıcısının pilotları katapulta ilə xilas olub
Su-27 tipli qırıcı təyyarə Rusiyanın Nijni Novqorod vilayətində qəzaya uğrayıb.
Xalqcebhesi.az "SHOT" Telegram kanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 14:00 radələrində Kulebaki şəhəri yaxınlığında baş verib.
İlkin məlumatlara əsasən, təyyarənin hər iki pilotu vaxtında katapulta ilə xilas olub və xəsarət almayıb. Yerə düşdükdə heç bir dağıntı qeydə alınmayıb.
Hadisənin səbəbləri araşdırılır.
Məryəm Quliyeva