"Sumqayıt" baş məşqçi postuna axtarışlarını davam etdirir.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, “kimyaçılar” bu posta Aleksey Şpilevskini dəvət etmək istəyib.
Hətta bu yöndə belaruslu mütəxəssislə danışıqlar da gedib.
Amma 37 yaşlı məşqçi seçimini Rusiya klubundan yana edib. Belə ki, o, Premyer Liqa təmsilçisi olan “Pari Nijni Novqorod”la anlaşıb.
Buna görə də “Sumqayıt” fərqli mütəxəssislərlə danışıqlara davam edib. Şpilevski “Dinamo Brest”, “Kayrat”, “Erzgebirge Aue” və “Aris”(Limassol) klublarında çalışıb.