AZ

Seyyid Əsrinin ilk kitabı Fidan çiçəkləri

Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tədqiqatçı şair Seyyid Əsrinin "Fidan çiçəkləri" adlı ilk kitabı nəşr edilib.

Kulis.az xəbər verir ki, kitabda şairin yaradıcılığının ilkin dövrlərindən bu yana yazdığı qədim üslublu şerlər, ərəb və fars dilli klassik ədəbiyyat nümunələrindən etdiyi bədii tərcümələr və son məhəbbət qəzəlləri yer alıb.

Çətin anlaşılan sözlərin lüğəti, bəzi beytlərin izahı və müəllifin tərcümeyi-halı da verilib.

Kitabın ön sözünün müəllifi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Hacı Mustafa Mailoğludur.

Qeyd edək ki Seyyid Əsri AMİN İctimai Birliyinin sədri, BDU Elmi Kitabxanasının baş biblioqrafıdır.

AMİN İctimai Birliyinin 4-cü kitabı olan "Fidan çiçəkləri" Mücrü nəşriyyatında çap edilmişdir.

Güllələr demədi geri qayıdın – İsa İsmayılzadə

Çinli rejissor «Sakit Don»u səhnələşdirəcək

“Mahir ay brat” yenidən həbs edildi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
45
kulis.az

10Mənbələr