ABŞ Prezidenti Donald Tramp, Florida ştatında tikilən və “Timsahlı Alkatraz” adlandırılan yeni miqrant saxlama mərkəzini ziyarət edib.
Tədbir zamanı Tramp sabiq prezident Co Baydenə qarşı söyüşlə ifadə işlədərək qalmaqal yaradıb:
“O, mənim burada olmağımı istədi… O lənətə gəlmiş əxlaqsız...”
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, 5 min nəfərlik bu mərkəz bataqlıq ərazidə timsah və pitonlarla dolu zonada yerləşir. Tramp buranı “qaçışın mümkün olmadığı həbsxana” kimi təqdim edib.
“Tək çıxış deportasiyadır”-, deyə vurğulayıb.
Ağ Ev rəsmiləri də təsdiqləyib ki, buraya daxil olan hər kəs üçün yeganə yol deportasiyadır. Kompleks 400-dən çox mühafizəçi və 200 kamera ilə qorunacaq. Tramp çıxışında ABŞ-dəki qeyri-qanuni miqrantların hər birinin vergi ödəyicilərinə 70 min dollara başa gəldiyini qeyd edib. O, həmçinin özünə qarşı irəli sürülən cinayət ittihamlarını Bayden administrasiyasının “siyasi cadugər ovu” adlandırıb.
Bəsti Rəfizadə
Sfera.az