ain.az, Konkret.az portalına istinadən məlumat verir.
ABŞ prezidenti Donald Tramp digər ştatları alliqatorların və başqa təhlükəli heyvanların məskunlaşdığı ərazidə qeyri-qanuni miqrantlar üçün saxlanma mərkəzi tikən Florida ştatından nümunə götürməyə çağırıb.
KONKRET.az xəbər verir ki, Tramp deyib:
“Bu, əla yer seçimi idi. Mən daha çox ştatın belə mərkəzlər qurmasını istərdim”.
Mərkəz Everqleydlər Milli Parkındakı keçmiş hərbi aerodromda yerləşir və San-Fransiskodakı məşhur həbsxanaya bənzətməklə artıq qeyri-rəsmi “Alliqator Alkatraz” ləqəbini alıb. Ərazi alliqatorların, timsahların və zəhərli ilanların məskunlaşdığı bataqlıqdır.
Trampın sözlərinə görə, mərkəz bir həftədən az müddətdə tikilib və ənənəvi həbsxanalardan daha ucuz olub.
Bununla belə, layihə bu cür saxlanma şəraitini qeyri-insani və miqrantların hüquqlarını pozan demokratların və hüquq müdafiəçilərinin tənqidinə səbəb olub.
Müşviq Tofiqoğlu
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.