AZ

Pezeşkian: İran heç kimlə qarşıdurma istəmir

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İran prezidenti Məsud Pezeşkian bir daha vurğulayıb ki, Tehran beynəlxalq arenada qarşıdurma istəmir, İslam Respublikası həmişə körpülər tikməyə çalışıb, “divarlar tikmir”.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

“İran gözəlliklə doludur, dostluq hər addımda görünür. Biz həmişə divarlar hörməyərək, xalqlarla körpülər qurmağa çalışmışıq”, - deyə o qeyd edib.

“Biz müharibə tərəfdarı olmasaq da və həmişə sülhün tərəfdarı olsaq da, sərhədlərimizi, təhlükəsizliyimizi və xalqımızı qorumaq əzmindəyik”, - deyə İran prezidenti əlavə edib.

İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. Birləşmiş Ştatlar gərginləşməsindən doqquz gün sonra münaqişəyə daxil olub: iyunun 22-nə keçən gecə Amerika qüvvələri İranın üç nüvə obyektinə raket zərbələri burub. İyunun 23-ü axşam saatlarında Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl Udeyd aviabazasına cavab raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, itki olmayıb və bazaya ciddi ziyan dəyməyib. Daha sonra ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsə razılaşdığını açıqlayıb. Atəşkəs iyunun 24-dən qüvvəyə minib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
50
icma.az

10Mənbələr