AZ

Səfir: Şahbaz Şərifin Xankəndidə ECO Zirvə görüşündə iştirakı Azərbaycanla çoxtərəfli məsələlərdə yaxınlığı göstərir

Pakistan və Azərbaycan müxtəlif regional təşkilatlara da birlikdə üzvdürlər - İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO), həmçinin İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında.

Bu fikirləri "Report"a müsahibəsində Pakistanın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Asim İftikhar Ahmad deyib.

Səfir Pakistan Baş naziri Şahbaz Şərifin Xankəndidə keçirilən İqisadi Əməkdaşlıq Təşkilatının (ECO) zirvə toplantısında iştirakına toxunub:

"Baş nazir iki gün orada qalacaq. Bu göstərir ki, ikitərəfli, regional və çoxtərəfli məsələlərdə necə yaxın işləyirik. BMT kontekstində, Nyu-Yorkda, Cenevrədə və başqa yerlərdə çox yaxından işləyirik. Bir çox məsələlər var ki, bu mövzularda birlikdə çalışırıq – islamofobiyadan tutmuş mədəniyyətlər, sivilizasiyalar arasında dialoqun təşviqi, sülh və təhlükəsizliyin güclənməsi, terrorizmlə mübarizə, iqlim və inkişaf məsələlərinə qədər".

Asim İftikhar Ahmad Azərbaycan və Pakistanın ortaq məqsədləri inkişaf etdirməsi üçün çoxlu imkanlarının olduğuna diqqət çəkib:

"Bu bizim üçün çox əhəmiyyətlidir. Çünki bilirik ki, hər iki ölkə prinsiplərə, beynəlxalq hüquqa, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin təşviqinə əsaslanan mövqelər tutur. Ona görə də Pakistan və Azərbaycanı birləşdirən çox şey var".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Seçilən
10
38
report.az

10Mənbələr