Türkiyənin Bursa vilayətinin Gemlik bölgəsində 4.3 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yerli vaxtla 13:57-də baş verən yeraltı təkanlar 12.9 km dərinlikdə qeydə alınıb.
Zəlzələ İstanbul, Yalova, Kocaeli və Sakaryada da hiss olunub.