AZ

Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka yarımadasında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Gundem.az  xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Seysmoloqlar bildiriblər ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 51 km məsafədə, Avaça körfəzi ərazisində yerləşib. Yeraltı təkanların hiposentri isə 88 km-dən çox dərinlikdə olub.

Xilasetmə xidmətlərinin verdiyi məlumata görə, yeraltı təkanlar şəhərin bəzi ərazilərində 3 bala qədər hiss olunub.

İlkin məlumatlara əsasən, ölən və yaralanan yoxdur.

Seçilən
7
4
gundem.az

10Mənbələr