Hər millətin taleyində sükutla, səssiz fədakarlıqlarla yazılan səhifələr var. Bu səhifələrdə qəhrəman adlar, titullu cümlələr olmur bəzən… Sadəcə bir ünvan olur – Vətən! Və o vətənin hər daşına, hər küçəsinə, hər nəfəsinə göz qoyan, dinməz-danışmaz qoruyucu əllər… Azərbaycanda bu əllər Polis adlanır.
Bu gün– iyulun 2-si – Azərbaycanda Polis Günüdür. Bu gün bir bayramdır, amma təkcə təqvimdəki bir tarixdən ibarət deyil. Bu, gecə-gündüz sərhədi olmayan, bayram-tətil tanımayan, rahat yuxunu, ailə qucağını, şəxsi həyatını təhlükənin, məsuliyyətin və and yerinin arxasına qoyan insanların bayramıdır.
Polis – o, yalnız hüquqi qayda-qanunun icraçısı deyil… Polis bir cəmiyyətin təhlükəsizlik zəmanəti, sabahımıza olan inamın görünməyən sipəridir. Kiminsə xoşbəxt yuxusunun qoruyucusu, kimsəsiz küçələrin səssiz müşahidəçisi, həyəcan zənglərinin ilk cavabverəni… Polisin işi, sadəcə cinayətkarı tutmaq deyil. Onun işi, insanları qorumaq, şəhərlərə sakitlik, insanlara güvən gətirməkdir.
Bəzən bir uşağın itirdiyi yol, bəzən bir ananın narahat göz yaşları, bəzən də qaranlıq küçədə bir zəif addım… Hər biri polis üçün bir çağırış, bir məsuliyyətdir. O, hər çağırışda öz təhlükəsizliyini düşünmədən, ilk addımı atan adamdır. Çünki polisin peşəsi – sadəcə peşə deyil, bu – həyat tərzidir. Hər nəfəsində and, hər addımında məsuliyyət daşıyan bir həyat.
Bütün cəmiyyətlərdə olduğu kimi bizdə də polis haqqında bəzən müxtəlif fikirlər səslənir. Tənqidlər, mübahisələr, haqlı və haqsız fikirlər… Amma bir şeyi unutmamalıyıq: Polis – o adamdır ki, hər birimiz çətin anımızda ilk yardım çağırdığımız insandır. O, gündə minlərlə fərqli hadisənin içində təmkinini itirməməli, qərəzsiz qərar verməli, səliqəli davranmalı, həm də öz təhlükəsizliyini təmin etməlidir. Bu – hər adamın bacara biləcəyi bir yük deyil.
İndi isə bir anlıq düşünək: Şəhərlərimizi polis olmadan təsəvvür edə bilərikmi? Qaranlıq küçələr, həll olunmamış münaqişələr, cavabsız qalan kömək çağırışları… Bu mənzərə özü-özlüyündə polisin varlığının nə qədər vacib olduğunu bizə sübut edir.
Azərbaycan polisi bu gün təkcə cinayətkarlıqla deyil, həm də narkotiklərlə, insan alveri ilə, kibercinayətlərlə, terror təhlükələri ilə mübarizə aparır. Onların hər günündə risk, hər anında qərar vermək məcburiyyəti, hər səhərində isə yenidən xidmət borcuna sadiqlik var.
Bu gün Azərbaycan polisinin sıralarında xidmət edən hər bir kəsə bir cəmiyyət olaraq borcluyuq. Onlar üçün rahat bir gecə, rahat bir istirahət demək olar ki, mümkünsüzdür. Onlar üçün “vəziyyət stabildir” cümləsi – ən böyük mükafatdır.
Polis – sadəcə forma geyinmiş insanlar deyil… Onlar bu torpağın sükut keşikçiləridir. Onlar bizim uşaqlarımızın gülüşünün, analarımızın rahat nəfəsinin, atalarımızın işdən evə gülər üzlə qayıtmasının zəmanətçiləridir. Bir sözlə bugünkü Azərbaycan polisi – bir tərəfdə yüzillik tarixin təcrübəsini, digər tərəfdə isə çağdaş dövrün dinamik vəzifələrini daşıyan, sabitliyin və təhlükəsizliyin əsas dayağıdır.
Daha çox düşüncələr üzərində qurulan bu yazda xüsusi olaraq vurğulamaq istədiyim məqamlar var: Bu gün Azərbaycan polisi artıq beynəlxalq standartlara cavab verən, müasir texnologiyalarla təchiz olunmuş, peşəkar kadr bazasına malik bir hüquq-mühafizə orqanıdır. İnsan hüquq və azadlıqlarının qorunması, ictimai asayişin təmin edilməsi, ağır və xüsusilə təhlükəli cinayətlərin qarşısının alınması kimi sahələrdə mühüm işlər görülür. Polis əməkdaşları mütəmadi olaraq beynəlxalq təlimlərdə iştirak edir, regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri genişləndirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə hüquq-mühafizə sisteminin inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilir. Polis orqanlarının maddi-texniki bazası təkmilləşdirilir, insan hüquqlarına hörmət prinsipi əsas götürülərək yeni idarəetmə modelləri tətbiq olunur.