AZ

Günəş eynəyi alarkən diqqət edilməli olan xüsusiyyətlər

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Yay aylarında günəş şüaları təkcə dəriyə deyil, gözlərə də təsir edir.

Bizimyol.info xəbər verir ki,  insan gözü günəşdən 400 ilə 760 nanometr arasındakı işıq zolağına həssasdır. Günəşdən 400 nanometrdən aşağı olan şüalar - ultrabənövşəyi (UB) adlanır - yüksək enerji ehtiva etdiyi üçün hüceyrələrə və hüceyrə DNT-sinə mənfi təsir göstərir.

UB şüalarının dalğa uzunluğu azaldıqca, onların zərərli təsirləri artır. Ən zərərli dalğa uzunluğu olan UB-C normalda atmosferdəki ozon təbəqəsini keçmir. Lakin ozon təbəqəsi zədələndikdə, bu zərərli şüalar yerə çata bilər.

Bu, daha erkən yaşlarda göz və göz qapaqları ətrafında dəri xərçənginə, buynuz qişanın pisləşməsinə və katarakta ilə makula degenerasiyası kimi ciddi görmə itkisinə səbəb ola bilər. Bütün bu zərərlərdən qorunmanın ən təsirli yollarından biri düzgün gün eynəklərindən istifadə etməkdir.

Günəş eynəyi yalnız estetik baxımdan deyil, həm də göz sağlamlığımız üçün vacibdir. Eynək alarkən nəzərə alınması lazım olan bəzi xüsusiyyətlər var. Bu xüsusiyyətlərə diqqət yetirərək həm qənaətcil, həm funksional, həm də zövqümüzə uyğun gün eynəyi seçə bilərik. Günəş eynəyi seçərkən nəzərə alınması lazım olan 7 əsas xüsusiyyət:

Günəş eynəyi alarkən diqqət etməli olduğunuz ən vacib xüsusiyyət, 100% UB şüalarını maneə törədən etiketin olmasıdır.Göz ətrafını nə qədər çox sahə əhatə edərsə, günəş eynəyi bir o qədər yaxşı qoruyur. Xüsusilə gözün kənarından gələn UV şüalarının qarşısını alan böyük ölçülü eynəklərə üstünlük verin.Çox qaranlıq linzalar estetik baxımdan gözəl ola bilər, amma daha çox UB şüalarının qarşısını almır. Linzanın rənginə deyil, nə qədər UB-ni blokladığına diqqət yetirin.Bəzi eynək linzaları sarı, yaşıl və ya boz kimi müxtəlif rənglərdə olur. Bu rənglər zərərli şüaları daha yaxşı maneə törətməsə də, idmançılar üçün şəkil və rəng kontrastını artırma baxımından faydalı ola bilər.Qütblü günəş eynəkləri, dəniz və ya göl səthi kimi əks etdirən səthlərdən əksini azaldır. Lakin yalnız linzanın qütbləşmə xüsusiyyəti əlavə qorunma təmin etmir, buna görə eynək alarkən onun UB-dən qorunma xüsusiyyətini də yoxlayın.Günəş eynəklərinin bahalı olması onların keyfiyyətli olduğunu göstərmir. Eynəklərin qiymətindən çox, 100% UB bloklama xüsusiyyətini göstərən etiketin olması daha vacibdir. Qiyməti münasib olan eynəklərdə də bu xüsusiyyət mövcud ola bilər.Aldığınız gün eynəklərinin TSE və CE işarəsi kimi keyfiyyət standartlarına malik olduğundan əmin olun.

Günəş eynəkləri yalnız yay aksesuarı deyil, həm də göz sağlamlığınızı qorumağa kömək edən mühüm bir vasitədir. Doğru seçim, gələcəkdə meydana gələ biləcək qalıcı göz zədələrinin qarşısının alınmasında əhəmiyyətli rol oynayır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
50
icma.az

10Mənbələr