AZ

Defence24: AIM-260 raketi ABŞ aviasiyasının Su-35 və Su-57-yə qarşı əsas silahına çevriləcək

“Lockheed Martin” şirkəti tərəfindən hazırlanmış Amerikanın “hava-hava” tipli AIM-260 Joint Advanced Tactical Missile raketi (JATM) Rusiyanın Su-35 və Su-57 qırıcıları üçün ciddi problem ola bilər.

Herbiand.az bildirir ki, Polşanın “Defence24” nəşrinin müşahidəçiləri Pentaqonun ABŞ Hərbi Hava Qüvvələrini silahlandırmaq planlarını şərh edərkən belə yazıb.

“2026-cı maliyyə ili üçün büdcə layihəsində ilk dəfə rəsmi olaraq AIM-260 raketinin alınması nəzərdə tutulur. Bu raket gələcəkdə amerikalılara hava üstünlüyü imkanlarını təmin etmək üçün nəzərdə tutulub”, - məqalədə deyilir.

Jurnalistlər qeyd edib ki, AIM-260 uzun müddət ərzində ABŞ tərəfindən silahlanmaya qəbul edilən ilk yeni “hava-hava” raketi olacaq. Onun uçuş məsafəsi 200 kilometrdən çoxdur. ABŞ Müdafiə Nazirliyinin bu raketlərdən 100-dən çoxunu almağı planlaşdırdığı da bildirilir: “Yeni raketlər amerikalılara Ukraynaya qarşı döyüşlərdə istifadə edilən Rusiyanın R-37M və bir neçə növ Çin raketləri kimi uzaqmənzilli raketləri daşıyan təyyarələrlə döyüşmək üçün daha çox seçim imkanı vermək üçün nəzərdə tutulub”, - məqalədə vurğulanır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
31
44
herbiand.az

10Mənbələr