AZ

Dalay Lama göstəriş verdi: Varis tapılmalıdır

14-cü Dalay Lama (Tenzin Gyatso) Tibet Buddizminin çoxəsrlik institutunun onun ölümündən sonra da davam edəcəyini bildirib.

Publika.az “Associated Press”ə istinadən xəbər verir ki, Tibet Buddizminin ruhani rəhbəri və Nobel Sülh Mükafatı laureatı bazar günü 90 illik yubileyi ərəfəsində təşkil edilən bayram mərasimində çıxış edərək, növbəti Dalay Lamanın keçmiş Buddist ənənələrinə uyğun olaraq tapılmalı və tanınmalı olduğunu bildirib.

Dalay Lama xələfinin Çindən kənarda doğulmasını israr edir, onu separatçı hesab edən Çin səlahiyyətliləri isə Dalay Lamanın reenkarnasiyasını tapmaq hüququna yalnız Pekinin sahib olduğunu deyir.

Tibetli buddistlər Dalay Lamanın reinkarnasiya olunacağı şəxsi seçə biləcəyinə inanırlar və bu, 1587-ci ildən bəri 14-cü dəfə baş verəcək. Tenzin Gyatsonun 1940-cı ildə Dalay Lamanın 14-cü reenkarnasiyası olduğu güman edilir. O, 1959-cu ildə Çin qoşunları Tibetin paytaxtı Lhasa daxil olduqdan sonra qaçıb və o vaxtdan Hindistanın Dharamsala şəhərində sürgündə yaşayır.

1970-ci illərdən bəri Dalay Lama Tibet üçün tam müstəqillik istəmədiyini, əksinə, tibetlilərə fərqli mədəniyyətlərini, dinlərini və kimliklərini saxlamağa imkan verəcək "mənalı" muxtariyyət axtardığını bildirir.

Seçilən
33
2
publika.az

10Mənbələr