Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O bildirib ki, 27 iyun tarixində Yekaterinburqda Azərbaycanlılara qarşı həyata keçirilmiş zorakı əməliyyatlar, nəinki hüquqi çərçivəyə, hətta insani dəyərlərə də zidd idi:
“Rəsmi məhkəmə qərarı olmadan, amansız güc tətbiqi ilə insanların döyülməsi, öldürülməsi və kütləvi həbsləri sadəcə hüquq pozuntusu deyil, həm də açıq şəkildə barbarlıq nümunəsidir.
Rusiya hüquq-mühafizə orqanlarının bu miqyasda əməliyyatı özbaşına planlaşdırması inandırıcı deyil. Bu, daha yüksək səviyyədə təşkilatlanmış bir qərarın nəticəsi kimi görünür. Kremlin susqunluğu, məsul şəxslərin cəzalandırılmaması isə vəziyyəti daha da gərginləşdirir.
Azərbaycan uzun müddətdir ki, Rusiya ilə mehriban qonşuluq və qarşılıqlı hörmət siyasəti yürüdür. Lakin son hadisələr göstərir ki, bu səbir və dostluq jestlərinə qarşılıq verilməyib. Əksinə, Azərbaycanın mülki təyyarəsinin vurulması, kibertəhdidlər, deputatın deportasiyası kimi ardıcıl təxribatlar münasibətləri sıfır nöqtəsinə yaxınlaşdırıb”.
Millət vəkili qeyd edib ki, Rusiyanın bu davranışı beynəlxalq arenada daha da təcrid olunmasına gətirib çıxara bilər:
“Azərbaycanın regionda artan rolu və geosiyasi əhəmiyyəti, Rusiya üçün strateji önəm kəsb etməlidir. Əgər Moskva bu münasibətlərə düzgün qiymət verməzsə, Azərbaycan xarici siyasi kursunu dəyişməyə məcbur ola bilər. Bu da regional güc balansında Rusiya üçün mənfi nəticələr doğura bilər. Azərbaycan ictimaiyyəti və dövləti Rusiya tərəfindən baş verən bu cür zorakılıqlara və təzyiqlərə qarşı susmayacaq.
Əgər Moskva dost münasibətləri qorumaq istəyirsə, bu cinayətlərin obyektiv araşdırılmasına başlamalı və məsul şəxsləri cəzalandırmalıdır.
Əks halda, iki dövlət arasında uzun illər qurulan strateji tərəfdaşlıq, yerini qarşılıqlı inamsızlığa və diplomatik böhrana verə bilər”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
az.trend.azMoldova və Avropa İttifaqı sammitdə siyasi öhdəliklər götürüblər ( 18963850)
-
sia.azAzərbaycan tarazlığı indi təkcə Qafqazda dəyişmir..? ( 18963613)
-
sia.azAzərbaycan tarazlığı indi təkcə Qafqazda dəyişmir..? ( 18963589)
-
bizim.mediaGərginləşən Rusiya-Azərbaycan münasibətlərinin əsl səbəbi… - Aqil Ələsgər “CNN Türk”də şərh etdi -VİDEO ( 18960907)
-
oxu.azÜlvi Səfərov: Rusiya hələ də SSRİ nin dağılmadığını, sadəcə sərhədlərinin dəyişdiyini düşünür ( 18960490)
-
yenisabah.azRusiyada azərbaycanlı deputatın maaşını kəsdilər ŞOK SƏBƏB ( 18959590)
-
yenisabah.azRusiyada azərbaycanlı deputatın maaşını kəsdilər - ŞOK SƏBƏB ( 18959239)
-
referans.azGərginləşən Rusiya-Azərbaycan münasibətlərinin əsl səbəbi… – Aqil Ələsgər “CNN Türk”də şərh etdi / VİDEO ( 18959167)
-
moderator.azGərginləşən Rusiya-Azərbaycan münasibətlərinin əsl səbəbi… – Aqil Ələsgər “CNN Türk”də şərh etdi / VİDEO ( 18957535)
-
veteninfo.azGərginləşən Rusiya-Azərbaycan münasibətlərinin əsl səbəbi… – Aqil Ələsgər “CNN Türk”də şərh etdi / VİDEO ( 18957457)