Şuşa. Trend:
Qazaxıstan və Azərbaycanın rəqəmsallaşdırma sahəsində əməkdaşlıqüçün yaxşı perspektivləri var.
Trend-in Şuşaşəhərinə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunuQazaxıstanın Xarici Ticarət Palatası aparatının rəhbəri AsanJakişev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) "İnvestisiyalar vəticarətin təşviqi İƏT regionunda dayanıqlı inkişafın katalizatorukimi" mövzusunda keçirilən 6-cı Biznes Forumu çərçivəsindəjurnalistlərə açıqlamasında deyib.
“Qazaxıstan rəqəmsallaşdırma sahəsində üstünlüklərə malikdir vəbiz Mərkəzi Asiya ölkələrini və Azərbaycanı bu istiqaməti aktivşəkildə inkişaf etdirməyə çağırırıq. Rəqəmsal həllər idarəetməniasanlaşdırır, vətəndaşların həyat keyfiyyətini yaxşılaşdırır vəəməkdaşlıq üçün yeni imkanlar açır. Ona görə də bu istiqamətdə mənQazaxıstan və Azərbaycan arasında perspektivlərin olduğunugörürəm”, -deyə o bildirib.
Jakişevin sözlərinə görə, Azərbaycanla ticari-iqtisadiəlaqələrin inkişafında müsbət dinamikanın olduğunu əminlikdə qeydetmək olar.
“Biz ənənəvi olaraq qida sənayesi, aqrar-sənaye kompleksi vəenergetika kimi mühüm sahələrdə əməkdaşlıq edirik. Eyni zamanda,yeni istiqamətlərin xüsusilə IT sahəsinin inkişafı üçün stimullarmeydana gəlir” – deyə o bildirib.
Jakişev həmçinin vurğulayıb ki, bu gün keçirilən İƏT Forumubütün aktual məsələlərin müzakirəsi üçün effektiv platforma rolunuoynayır.