Yasamal rayonunun Yeni Yasamal qəsəbəsində yerləşən "Gülüstan" şadlıq sarayı satışa çıxarılıb. İnşaatçılar metrosuna yaxın ərazidə yerləşən obyektin ümumi sahəsi 1800 kvadratmetrdir.
Valyuta.az xəbər verir ki, obyektin satış qiyməti 2 995 000 manatdır.
Təmirli vəziyyətdə olan obyektin iki zalı mövcuddur: biri 180 nəfərlik, digəri isə 360 nəfərlikdir. Hal-hazırda obyektin aylıq icarəsi 12 000 manat təşkil edir. Sənədləri tam qaydasındadır, qeyri-yaşayış təyinatlı çıxarışa (kupçaya) malikdir.
Alqı-satqı zamanı alıcıdan xidmət haqqı 1 faiz nəzərdə tutulur.
Maraqlanan şəxslər əlavə məlumat üçün (050) 209 36 46 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Mayya Hüseynova