AZ

Bakıda 2 milyonluq hotel satışa çıxarılıb - QİYMƏT

"Şüvəlan-Qala" yolunun üzərində yerləşən "Hotel-Restoran" kompleksi satışa çıxarılıb.

Valyuta.az xəbər verir ki, kompleks 2 200 000 manatla satışa çıxarılıb.

Obyekt 8 ədəd ikiotaqlı kotec, restoran, ofis və avtodayanacaqdan ibarətdir. Kompleksdə ümumilikdə 40 nəfərlik yataq yerləri mövcuddur.

Satışa çıxarılan əmlakın ümumi sahəsi 33 sot təşkil edir. Torpaq sahəsinin və tikililərin hüquqi sənədləri tam qaydasındadır – mülkiyyət hüququnu təsdiq edən çıxarış ("kupça") mövcuddur. Hotel mebel və bütün avadanlıqlarla birlikdə satılır.

Obyektin ümumi tikili sahəsi 3300 kvadratmetrdir və "Şüvəlan" qəsəbəsində yerləşir. 

Maraqlanan şəxslər ətraflı məlumat üçün (055) 266 53 00 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Mayya Hüseynova

Seçilən
32
24
valyuta.az

10Mənbələr