AZ

Ayxan Abbasov israr edir, Riad Rəfiyev razı olmur

Idmanxeber.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Şamaxı” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə klubunun baş məşqçisi Ayxan Abbasov uzun müddətdir gözünü “Sumqayıt”ın oyunçusu Nihad Əhmədzadəyə dikib. Təcrübəli mütəxəssis “kimyaçılar”dan gənc futbolçunu istəyir.

Daha öncə Sumqayıt təmsilçisi Abbasovun istəyini geri çevirmişdi. Klub rəhbəri Riad Rəfiyev Əhmədzadəni komandadan buraxmaq istəmir.

Ancaq “Şamaxı” U-21 millimizin üzvü üçün “kimyaçılar”a daha bir müraciət göndərib. Abbasov oyunçunun icarəyə götürülməsini istəyir.

19 yaşlı yarımmüdafiəçi özü də Ayxan Abbasovun komandasına getməyə müsbət yanaşır.  O, “Şamaxı”da daha çox forma şansı qazanacağına inanır. 

Nihadın “şirlər”ə keçidi Riad Rəfiyevdən asılıdır. Klub rəhbəri yaxın günlərdə futbolçu ilə bağlı yekun qərarını verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
15
idmanxeber.az

10Mənbələr