AZ

Ayrılığını “instaqram”dan öyrənən kapitan: “Nəyisə izah etmədilər”

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Belaruslu müdafiəçi Yeqor Xvalko “Kəpəz”dən ayrılıb. Futbolçunun klubla müddəti başa çatan müqaviləsi uzadılmayıb.

Xvalko ayrılığı haqda “FutbolPress“in suallarını cavablandırdı:

– Klubu tərk etməyiniz nə ilə bağlı oldu?

– Mənlik bir şey deyil. Klub tərəfdən müqaviləm uzadılmadı.

– Qalmaq istəyirdiniz?

– Komandadan ayrılmaq istəmirdim, ancaq müqavilə yenilənmədi.

– Rəhbərliklə söhbətiniz oldu? Nə üçün anlaşmadınız?

– Xeyr, danışıq olmayıb. “İnstaqram”da gördüm ki, mənimlə müqavilə uzadılmayıb.

– Neçə müddətdir, komandanın əsas oyunçularından və kapitanlarından idin. Nə üçün belə rəftar gördünüz?

– Yeni rəhbərlik gəlib və yəqin, öz planları var. Nəsə demək istəmirəm. Lakin mənə nəyisə izah etmədilər. Özünüz də görürsünüz, komandanı tərk edənlər çoxdur.

– Kluba qarşı incikliyiniz var?

– Xeyr. Peşəkar futbolçuyam və futbolda belə hallar olur.

– Karyeranızla bağlı planınız nədir? Azərbaycanda qalacaqsınız?

– Oynamaq istəyirəm. Azərbaycandan hansısa təklif yoxdur.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
15
futbolpress.az

10Mənbələr