AZ

“Real” “Yuventus”u məğlub etdi, 1/4 finalın cütlükləri məlum oldu Video

Yeniavaz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İspaniyanın təmsilçisi “Real Madrid” ABŞ-də keçirilən klublararası dünya çempionatında 1/4 finala yüksəlib.

Yenivaz.com xəbər verir ki, Xabi Alonsonun komandası “Yuventus”u 1:0 hesabı ilə məğlub edib.

54-cü dəqiqədə “Kral klubu”nun 21 yaşlı ispaniyalı hücumçusu Qonsalo Qarsiya ingilis müdafiəçi Trent Aleksander-Arnoldun ötürməsini qola çevirə bilib.

“Real Madrid”in 1/4 finaldakı rəqibi Meksika təmsilçisi “Monterrey”i 2:1 hesabı ilə məğlub edən Dortmund “Borussiya”sı olub.

Qeyd edək ki, FIFA Klublararası Dünya Çempionatının bütün 1/4 final cütlükləri məlum olub:

“Palmeiras” (Braziliya) – “Çelsi” (İngiltərə);

PSJ (Fransa) – “Bayern” (Almaniya);

“Fluminense” (Braziliya) – “Əl Hilal” (Səudiyyə Ərəbistanı);

“Real Madrid” (İspaniya) – “Borussia Dortmund” (Almaniya).

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
46
yeniavaz.com

10Mənbələr