ain.az bildirir, Pravda.az saytına əsaslanaraq.
“Rusiya və Azərbaycan arasında münasibətlər hazırda çox gərgindir. Bir müddət də belə olacağı gözlənilir. Belə fikirlər var ki, ruslar azərbaycanlılara zülm etdiyi üçün quru sərhədlərimiz açılmalıdır. Ölkə rəhbərliyi də məlumat verdi ki, quru sərhədlərin bağlı qalması əsasən Azərbaycanın təhlükəsizliyi ilə bağlı məsələdir. İran-İsrail toqquşmasında da bir daha şahidi olduq ki, sərhədlər təhlükəsizlik məqsədilə bağlıdır. İndiki halda quru sərhədlərin açılacağı ilə bağlı məlumat yoxdur. İnandırıcı görünmür ki, hazırkı gərgin vəziyyətdə quru sərhədlər açılsın”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Müsayev deyib.
“Bütün hallarda nəzərə almalıyıq ki, Rusiya qaba, imperiya missiyası olan dövlətdir. Moskva bu bölgəni öz nəzarətində saxlamaq, Azərbaycana şərtlərini diktə etmək istəyir. Bu məqsədlə də müxtəlif təxribatlar törədir və yenə törədəcəyi gözlənilir. Məhz bu amilə görə quru sərhədlərin açılacağı ilə bağlı irəli sürülən versiyaları inandırıcı hesab etmirəm. Hər halda bizim də marağımızdadır ki, Rusiya və digər qonşu ölkələrlə normal münasibətlərimiz olsun. Amma bu normal münasibətləri pozan Azərbaycan deyil, Rusiyadır. Biz dövlət olaraq Rusiyanın atdığı addımlara adekvat cavab verməliyik və cavab veririk”, - o bildirib.
Aytəkin Qardaşova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.