Vətəninfo.az BBC-ə istinadən xəbər verir ki, Danimarkada qadınların yetkinlik yaşına çatdıqdan sonra (18 yaş) hərbi xidmət üçün qeydiyyatdan keçməli olduqları və kişilərlə bərabər əsasda hərbi xidmətə cəlb oluna biləcək qanun qüvvəyə minib.
Yenilik NATO-ya üzv dövlətlərin Avropada təhlükəsizlik risklərinin kəskin artması səbəbindən müdafiə büdcəsi xərclərini əhəmiyyətli dərəcədə artırmaq öhdəliyi ilə bağlıdır.
İndiyədək Danimarkada qadınların 18 yaşı tamam olduqdan sonra yalnız könüllü olaraq hərbi xidmət keçmək hüququ var idi.