Danimarkada qadınların yetkinlik yaşına çatdıqdan sonra (18 yaş) hərbi xidmət üçün qeydiyyatdan keçməli olduqları və kişilərlə bərabər əsasda hərbi xidmətə cəlb oluna biləcək qanun qüvvəyə minib.
Missiya.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Yenilik NATO-ya üzv dövlətlərin Avropada təhlükəsizlik risklərinin kəskin artması səbəbindən müdafiə büdcəsi xərclərini əhəmiyyətli dərəcədə artırmaq öhdəliyi ilə bağlıdır.
Qeyd edək ki, indiyədək Danimarkada qadınların 18 yaşı tamam olduqdan sonra yalnız könüllü olaraq hərbi xidmət keçmək hüququ var idi.
Nurlana ƏhmədovaMissiya.Az