AZ

Veşoviç Azərbaycana qayıda bilər – “Sabah” üçün

Yay fasiləsində “Qarabağ”dan ayrılan Marko Veşoviçin yeni klubu hələ də məlum deyil.

Msport.az xəbər verir ki, 33 yaşlı sağ cinah müdafiəçisi bir neçə ölkə təmsilçisi ilə danışıq aparır.

Veşoviçin karyerasını Azərbaycanda davam etdirmək variantı da az deyil. Məsələ burasındadır ki, “Sabah” hazırda azad agent statusu daşıyan oyunçu ilə danışıqları intensivləşdirib. Futbolçu özü də bu keçidin əleyhinə deyil. İlk növbədə artıq 4 ildir Bakıda yaşadığı üçün buradakı mühitə öyrəşib. İkinci məqam isə “Sabah”ın iddialı klub olması və avrokuboklarda iştirak etməsidir. Lakin keçidin baş tutması üçün bakılılar digər klublardan daha çox məvacib ödəməyə razı olmalıdır.

Qeyd edək ki, Marko Veşoviç 2021-2025-ci illərdə “Qarabağ”ın formasını geyinib.

Seçilən
20
41
msport.az

10Mənbələr