İtaliyanın "Yuventus" klubu Viktor Osimhenin transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Ötən mövsüm "Qalatasaray"da icarə əsasında çıxış edən nigeriyalı hücumçu Viktor Osimhenin adı bir müddətdir Turin təmsilçisi ilə hallanırdı.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Yuventus" rəhbərliyi bu xəbərlərin doğru olmadığını açıqlayıb.
"Yuventus"un Beynəlxalq Əlaqələr və Skautinq üzrə direktoru Corco Kyellini məsələ ilə bağlı fikirlərini FIFA Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində "Real Madrid"lə qarşılaşma öncəsi DAZN kanalına verdiyi açıqlamada bildirib.
O, Osimhenin "Yuventus"a keçəcəyi ilə bağlı yayılan iddiaları təkzib edib:
"Bu, bizi sadəcə güldürdü. Belə bir transfer gündəmimizdə yoxdur", – deyə Kyellini bildirib.
Qeyd edək ki, Viktor Osimhen hazırda "Napoli" klubunun futbolçusudur və bir çox Avropa nəhənglərinin diqqət mərkəzində yer alır.