"Qalatasaray" klubunun Viktor Osimhen üçün irəli sürdüyü təklifin detalları bəlli olub.
Offsideplus.az DAZN-ə istinadən xəbər verir ki, "Cim-Bom" nigeriyalı futbolçuya illik 18 milyon avro məvacib və bonus təklif edib.
"Napoli"yə ödəniləcək sərbəstqalma məbləği hazırdır, klub rəhbərliyi Osimhendən cavab gözləyir.
Ulduz futbolçu isə Premyer Liqa klublarının təklifləri ilə maraqlanır.
"Qalatasaray" iyulun 10-a qədər hücumçunun cavabını gözləyəcək.