AZ

Sumqayıtda 40 yaşlı qadın öldürüldü, əri saxlanıldı

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
 
Moderator.az-ın məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
 
Qəsəbə sakini 1985-ci il təvəllüdlü Aygün Siracəddin qızı Bağırovaya çoxsaylı bıçaq zərbələri endirilib. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. A.Bağırova xəstəxanada dünyasını dəyişib.
 
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1982-ci il təvəllüdlü Habil Hüseyn oğlu Bağırov saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanıb.
Seçilən
0
3
moderator.az

4Mənbələr