AZ

Sumqayıtda 40 yaşlı qadın öldürüldü, əri saxlanıldı

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1985-ci il təvəllüdlü Aygün Siracəddin qızı Bağırovaya çoxsaylı bıçaq zərbələri endirilib. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. A.Bağırova xəstəxanada dünyasını dəyişib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1982-ci il təvəllüdlü Habil Hüseyn oğlu Bağırov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Seçilən
1
3
editor.az

4Mənbələr