Ajans.az xəbər verir ki, hərracda "Ağdaş Quşçuluq", "Cəlilabad Şərab", "Salyan brolyer", "Şıxlar Broyler" və "Zaqatala Fındıq" səhmdar cəmiyyətlərinin səhmləri satışa qoyulacaq. Səhmlərin ilkin satış qiymətləri 42 090 manatdan 168 225 manatadək dəyişir.

Qeyd edək ki, hərracda iştirak etmək istəyənlər əvvəlcədən 10 faiz beh ödəməlidirlər.