AZ

5 şirkətin səhmləri təkrar hərraca çıxarılacaq

BAKI, 1 iyul. TELEQRAF

Avqustun 12-də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçiriləcək təkrar pul hərracında 5 səhmdar cəmiyyətin səhmləri hərraca çıxarılacaq.

Teleqraf xəbər verir ki, hərracda "Ağdaş Quşçuluq", "Cəlilabad Şərab", "Salyan brolyer", "Şıxlar Broyler" və "Zaqatala Fındıq" səhmdar cəmiyyətlərinin səhmləri satışa qoyulacaq.

Səhmlərin ilkin satış qiymətləri 42 090 manatdan 168 225 manatadək dəyişir.

Qeyd edək ki, hərracda iştirak etmək istəyənlər əvvəlcədən 10 faiz beh ödəməlidirlər.

Seçilən
27
23
teleqraf.com

7Mənbələr