AZ

İsrail Qəzzada 60 günlük atəşkəslə razılaşıb

ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail rəhbərliyi Qəzza zolağında 60 günlük atəşkəsə razılıq verib. Bu barədə o, Truth Social platformasında yazıb.

Trampın sözlərinə görə, Ağ Ev rəsmiləri İsrail tərəfi ilə “uzun və məhsuldar” danışıqlar aparıblar. “İsrail 60 günlük atəşkəs üçün lazım olan şərtlərlə razılaşıb. Bu müddət ərzində bütün tərəflərlə münaqişəyə son qoymaq üçün çalışacağıq”, — deyə Tramp bildirib.

O qeyd edib ki, son təklif Qətər və Misir vasitəsilə HƏMAS-a təqdim olunacaq. Tramp HƏMAS rəhbərliyini xəbərdar edib ki, əgər onlar razılığı rədd etsələr, “vəziyyət yalnız daha da pisləşəcək”.

İsrailin baş naziri Benyamin Netanyahu daha əvvəl bildirib ki, gələn həftə Vaşinqtona səfər edəcək və orada ABŞ prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Hegset və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkofla görüşəcək.

N.Təbrizli

Seçilən
16
29
anews.az

10Mənbələr