AZ

Trampdan Qəzzada atəşkəsin qısa vaxtda mümkün olduğunu bildirib

BAKI, TurkicWorld

Tramp Qəzzada atəşkəsin yaxın vaxtlarda baş tutacağını açıqlayıb.

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü verdiyi açıqlamada Qəzza zolağında atəşkəsin gələn həftə ərzində əldə ediləcəyini bildirib.

Tramp, Floridada immiqrasiya təcridxanasının açılış mərasimindən öncə jurnalistlərə müsahibəsində, “Ümid edirik ki, atəşkəs reallaşacaq və gələn həftə başlayacaq” - deyə bildirib.

Tramp həmçinin İsrailin baş naziri Binyamin Netanyahunun Vaşinqtona səfər edəcəyini və burada Qəzza və İran məsələlərini müzakirə edəcəklərini qeyd edib.

Netanyahu isə Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada, gələn həftə ABŞ-a gedəcəyini, prezident Trampla görüşəcəyini və vitse-prezident, dövlət katibi, müdafiə naziri, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi və ticarət naziri ilə dəfələrlə görüşlər keçirəcəyini bildirib. Baş nazir həmçinin ticarət razılaşmaları və təhlükəsizlik mövzularının da müzakirə olunacağını qeyd edib.

Seçilən
14
29
turkic.world

10Mənbələr