AZ

“Barselona”nı “Ştutqart”a dəyişdi

“Barselona”nın gənc yarımmüdafiəçisi Noah Darviş karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, 18 yaşlı futbolçu bundan sonra “Ştutqart”ın uğurları üçün çıxış edəcək. Bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.

Darviş yeni komandası ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.Alman klubu bu keçid üçün Kataloniya təmsilçisinə 1 milyon avro ödəyib.

O, ötən mövsümü “Barselona B”nin heyətində keçirib və 25 oyuna çıxmasına baxmayaraq, qol ilə yadda qalmayıb. Noah Darviş yaxın zamanda U-19 Avropa çempionatında Almaniya millisinin heyətində də mübarizə aparıb.

Seçilən
31
34
90deqiqe.az

10Mənbələr