Dörd gün əvvəl itkin düşən Hacıqabul sakininin meyiti Şirvan kanalından tapılıb.
"Ölkə.az" “Report”a istinadla xəbər verir ki, Baş Şirvan Kollektorunun rayon ərazisindən keçən hissəsində Padar kənd sakini, 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlunun meyiti aşkarlanıb.
Qeyd edək ki, S.Salahov iyulun 27-də evdən çıxaraq bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.