Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.
Dörd gün əvvəl itkin düşən Hacıqabul sakininin meyiti Şirvan kanalından tapılıb.
“Report”un Aran bürosunun məlumatına görə, Baş Şirvan Kollektorunun rayon ərazisindən keçən hissəsində Padar kənd sakini, 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlunun meyiti aşkarlanıb.
Qeyd edək ki, S.Salahov iyulun 27-də evdən çıxaraq bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.