"Arsenal" Kepa Arrisabalaqanın transferini rəsmiləşdirib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
London təmsilçisi 31 yaşlı qolkiperlə imzalanan müqavilənin detallarını hələlik açıqlamayıb.
Qeyd edək ki, Kepanı son klubu "Çelsi" olub. O, ötən mövsümü icarə əsasında "Bornmut"da keçirib.