2025-26 mövsümündən etibarən Misli Premyer Liqasında mübarizə aparacaq "Qəbələ" klubu Prins Ovusunu heyətinə cəlb edib.
Offsideplus.az xəbər verir ki, Qəbələ təmsilçisi sosial şəbəkə səhifəsində "Xoş gəldin, Prins Ovusu", sözlərini yazıb. Müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, qanalı futbolçu ötən mövsüm I Liqada "Qəbələ"nin formasını geyinib.