"Qəbələ" növbəti transferini açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi İsaaq Amoahla anlaşıb. 24 yaşlı mərkəz müdafiəçisinin son klubu İspaniyanın 3-cü liqa komandası "Atletiko Sanlukenyo" olub.
Qanalı oyunçu karyerası ərzində 80 oyuna çıxaraq 2 qol vurub və 1 qolun ötürməsini edib.
Qeyd edək ki, "Qəbələ" daha öncə Prins Ovusunu (son olaraq "Qəbələ"nin U-19 komandasında oynayıb) transfer edib.