AZ

Putin: Ukrayna və Qərb yeni ərazi reallıqlarını qəbul etməlidir

Ukrayna münaqişəsi – uzun illər ərzində Rusiya Federasiyasının təhlükəsizlik maraqlarını nəzərə almayan Qərb ölkələrinin siyasətinin birbaşa nəticəsidir.

NOCOMMENT.az xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makronla telefon danışığı zamanı səsləndirib. 

Rusiya dövlət başçısı bildirib ki, Qərb Ukraynada antirusiya dayaq nöqtəsi yaradıb, rusdilli əhalinin hüquqlarının pozulmasına dəstək verib və indi isə Kiyevə müxtəlif silahlar göndərməklə münaqişəni uzatmağa çalışır.

Putin, həmçinin münaqişənin sülh yolu ilə həlli perspektivlərinə də münasibət bildirib.

“Rusiya Prezidenti mümkün razılaşmalara dair prinsipal yanaşmalarını təsdiqlədi. Bu razılaşmalar hərtərəfli və uzunmüddətli xarakter daşımalıdır”, – deyə Kremlin mətbuat xidməti onun sözlərindən sitat gətirib.

Makronla söhbət zamanı Putin vurğulayıb ki, Ukraynada xüsusi hərbi əməliyyatın başa çatması üçün münaqişənin əsas səbəbləri aradan qaldırılmalıdır. O əlavə edib ki, Ukrayna və Qərb yeni ərazi reallıqlarını tanımalıdır.

Seçilən
42
19
nocomment.az

10Mənbələr