AZ

TƏCİLİ: Tehranda ardıcıl partlayışlar – Hava hücumundan müdafiə sistemi işə düşdü

Musavat.com xəbər verir ki, bu dəqiqələrdə İranın paytaxtı Tehranın şərqində yerləşən Məhəllati bölgəsində ardıcıl 3 güclü partlayış səsi eşidilib.

Yerli mənbələrin məlumatına görə, bölgədə İranın hava hücumundan müdafiə sistemləri aktivləşib və atəş açmağa başlayıb. Hadisənin səbəbi və partlayışların mənbəyi hələlik açıqlanmayıb.

Rəsmilərdən məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Detallar dəqiqləşdirilir. 

 

Musavat.com

Seçilən
0
1
musavat.com

10Mənbələr