AZ

"Əl-Nəsr"in hücumçusu "Fənərbağça"ya KEÇİR

"Fənərbağça" heyətinə yeni oyunçu cəlb edir.

Bizim.Media xəbər verir ki, İstanbul klubu Kolumbiya millisinin üzvü Con Duranla güclənir.

21 yaşlı hücumçu artıq İstanbula gəlib. Onu hava limanında klub rəhbərliyi və azarkeşlər qarşılayıblar.
 

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna məxsus olan futbolçu tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq. O, "Fənərbağça"da icarə əsasında çıxış edəcək.


Qeyd edək ki, Con Duran bu ilin yanvar ayında İngiltərənin “Aston Villa” klubundan “Əl-Nəsr”ə 77 milyon avro qarşılığında transfer olunmuşdu.

Bizim.Media

Seçilən
12
50
bizim.media

10Mənbələr