AZ

91 yaşlı kişinin meyiti Şirvan kanalında aşkarlanıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Hacıqabul, 1 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində 91 yaşlı rayon sakininin batması barədə məlumatlar daxil olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dərhal hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb edilib və dalğıc-xilasediciləri tərəfindən axtarışlara başlanılıb. Axtarışlar nəticəsində rayonun Padar qəsəbə sakini, 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, suda meyiti aşkarlanan Süleyman Salahov iyunun 27-də günorta saatlarında evdən çıxıb və geri qayıtmayıb. Həmin vaxtdan onun axtarışları davam edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
2
azertag.az

10Mənbələr