"Nüvə qalxanı məsələsinə gəldikdə, hesab edirəm ki, ilk növbədə biz ABŞ ilə nüvə sahəsində tərəfdaşlığımızı yaxın illər, hətta onilliklər üçün qoruyub saxlamalıyıq," - deyə Mers qeyd edib. O əlavə edib ki, bu, Avropa səviyyəsində ərazimizin ortamüddətli və uzunmüddətli perspektivdə ayrıca atom müdafiəsi ilə təmin olunması məsələsinin müzakirə edilə bilməyəcəyi anlamına gəlmir.
Almaniya kansleri xatırladıb ki, indiyədək bu təşəbbüs yalnız Fransa tərəfindən gündəmə gətirilib: "Bu məsələnin müzakirə olunmasına dair razılıq əldə olunmasından başqa, bu günə qədər heç bir yeni təşəbbüs irəli sürülməyib," - deyə o bildirib və əlavə edib ki, bu mövzuda dialoqa açıqdır.
Xatırladaq ki, bundan əvvəl Bundestaqda CDU/CSU fraksiyasının rəhbəri Yens Şpan bəyan etmişdi ki, Almaniyada yerləşdirilən ABŞ-ə məxsus nüvə silahı guya Rusiyanı "caydırmaq" üçün kifayət etmir. Onun fikrincə, Almaniya və ya Avropa İttifaqı Fransaya və ya Böyük Britaniyaya məxsus nüvə arsenalına çıxış əldə etməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31