AzVision.az xəbərverir ki,“Financial Times (FT)” nəşrinin yazdığına görə, belə vəziyyət ASDP-nin lideri Lars Klinqbayl üçün problemlər yarada bilər.
“Ölkənin yenidən silahlanması və Rusiya ilə münasibətlərlə bağlı fikir ayrılıqları Almaniya sosial-demokratları arasında cümə günü başlayacaq qurultayda kəskinləşə bilər. Böyük ehtimalla,ASDP-nin lideri və ölkənin Maliyyə naziri Lars Klinqbayl partiyanın “köhnə qvardiyasının” neqativ reaksiyası ilə üzləşəcək”,- qəzetdə drəc olunan materialda vurğulanır.
Partiyanın anti-Rusiya kursunu tənqid edənlərdən biri, Almaniyanın keçmiş kansleri Villi Brandtın böyük oğlu Peter Brandt “FT” nəşrinə müsahibəsində bildirib ki, Klinqbayl müdafiə xərclərinin yeni artımını“bunun həqiqətən üzvlərin əksəriyyətinin mövqeyinə uyğun olub-olmadığını yoxlamadan”təsdiqləyib.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta